Qelebə.az / Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə ilk yarımfinalçılar bəlli olub

Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə ilk yarımfinalçılar bəlli olub

1-09-2025, 20:01

Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxaq turnirdə ilk yarımfinalçılar müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, A qrupunun son turunda OKMK (Özbəkistan) və "Kür" (Azərbaycan) komandaları qarşılaşıblar.

Daha inamlı oyun numayiş etdirən Özbəkistan təmsilçisi 31:25 hesabı ilə qələbə qazanıb.

Bu nəticəyə əsasən OKMK qrup lideri, "Kür" isə ikinci pillənin sahibi kimi yarımfinala yüksəlib.

Geri qayıt