"Oyun yaxşı keçdi. İkinci hissədə bəzi dəyişikliklər etməyə məcbur olduq. Ona görə matçın gedişatı dəyişdi".
"QELEBE.AZ"un məlumatına görə, bunu kişi həndbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nasser Salimi Bakıda keçirilən 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində Malta yığmasına 34:25 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
İranlı mütəxəssis bildirib ki, yanvarın 14-də komandasını Böyük Britaniya seçməsi ilə çətin qarşılaşma gözləyir: "Müəyyən rotasiyalar olacaq. Oyunçuların keyfiyətini yüksəltmək, yaxşı həndbolçular yetişdirmək istəyirik. Sabah da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan - Böyük Britaniya oyunu saat 17:00-da başlayacaq.