Qelebə.az / Həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq

Həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq

1-09-2025, 09:57

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, bu gün keçiriləcək oyunlarla yarışın yarımfinalçıları müəyyənləşəcək.

Saat 16:00-da Özbəkistan millisi ilə “Kür” komandası “AHF Arena”nın meydançasına çıxacaq.

Saat 19:00-da isə “Bakı” (Azərbaycan) – “Qarabağ” (Azərbaycan) matçının startı veriləcək.

Qeyd edək ki, yarışın qalibi sentyabrın 3-də müəyyənləşəcək.

Geri qayıt