21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya yığması ilə səfərdə, Bolqarıstan seçməsi ilə evdə keçirəcəyi oyunun heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, sentyabrın 1-də təlim-məşq toplanışına yığışacaq U-21 sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:30-da Barseluşda Portuqaliya, sentyabrın 9-da, saat 18:00-da isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq.
B qrupunda yer alan komandamız sentyabrın 2-dən 3-nə keçən gecə Portuqaliyaya yola düşəcək.
U-21-ə dəvət edilən futbolçuların adlarını diqqətinizə çatdırırıq:
| NR. | ADI / SOYADI | KLUB |
| 1 | Rəvan Mirzəmmədov | Sabah |
| 2 | Xəyal Fərzullayev | Sumqayıt |
| 3 | Səlim Həşimov | Şamaxı |
| 4 | İbrahim Ramazanov | Turan Tovuz |
| 5 | Elgün Dünyamalıyev | Sabah |
| 6 | Raul Məmmədov | Kəpəz |
| 7 | Nadir Orucov | Sumqayıt |
| 8 | Emin Rüstəmov | Səbail |
| 9 | Ayxan Süleymanlı | Sumqayıt |
| 10 | Sənan Muradlı | Şamaxı |
| 11 | Rüfət Abbasov | Şamaxı |
| 12 | Nihad Əhmədzadə | Sumqayıt |
| 13 | Eşqin Əhmədov | Qəbələ |
| 14 | Əkbər Eyubov | Zirə |
| 15 | Hikmət Cəbrayılzadə | Qarabağ |
| 16 | Murad Məmmədov | Neftçi |
| 17 | Edqar Adilxanov | Şamaxı |
| 18 | Emil Süleymanov | Şamaxı |
| 19 | Oruc Məmmədov | Şamaxı |
| 20 | Elcan Əbilov | Kəpəz |
| 21 | Həsən Nəzərli | Ankaragücü (Türkiyə) |
| 22 | Nahid Əliyev | Şəfa |
| 23 | Ağadadaş Salyanskiy | Neftçi |
| 24 | Sadiq Şəfiyev | Turan Tovuz |