“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, Sezar Azpilikueta "Sevilya"ya azad agent kimi transfer olunub.
Razılaşmaya əsasən, 36 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü olan Azpilikueta son olaraq "Atletiko"da çıxış edib.