Qelebə.az / "Qarabağ" fransalı hücumçunu transfer edib

"Qarabağ" fransalı hücumçunu transfer edib

13-01-2023, 15:26

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" fransalı hücumçu Adama Diakabini transfer edib.

27 yaşlı forvardla 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Qeyd edək ki, Adama Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. O, ölkəsinin "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.

Geri qayıt