Qelebə.az / Azərbaycanlı hakim beynəlxalq turnirə təyinat alıb

Azərbaycanlı hakim beynəlxalq turnirə təyinat alıb

29-08-2025, 12:27

Azərbaycanın taekvondo hakimi beynəlxalq turnirə təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Serbiyanın Nis şəhərində keçiriləcək Multi Avropa Oyunlarında beynəlxalq dərəcəli referi Coşqun Nadirov ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, avqustun 29-da başlayacaq yarış 3 gün davam edəcək.

Geri qayıt