Qelebə.az / "Fənərbaxça" Mourinyonu istefaya göndərib

"Fənərbaxça" Mourinyonu istefaya göndərib

29-08-2025, 11:39

"Fənərbaxça"nın baş məşqçisi Jose Mourinyo istefaya göndərilib.

APA xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

“2024-2025 mövsümündən klubumuzun baş məşqçisi olan Joze Mourinyo ilə yollarımızı ayırdıq”, - açıqlamada deyilir.

Qeyd edək ki, Mourinyonun rəhbərliyi altında "sarı-lacivərdlilər" 62 rəsmi matça çıxıb. Mourinyo bu görüşlərdə 37 qələbə, 14 heç-heçə və 11 məğlubiyyətlə yadda qalıb.

Geri qayıt