Qelebə.az / Bundesliqa klubu Yaponiya millisinin futbolçusunu icarəyə götürüb

Bundesliqa klubu Yaponiya millisinin futbolçusunu icarəyə götürüb

26-08-2025, 18:10

Almaniya Bundesliqası təmsilçisi "Verder" İngitərənin "Sautqempton" klubunun futbolçusu Yukinari Suqavaranı icarəyə götürüb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.

Yaponiya millisinin sağ cinah müdafiəçisi qarşıdakı bir mövsüm ərzində "Verder"in şərəfini qoruyacaq.

Qeyd edək ki, Y.Suqavara ötən mövsüm bütün yarışlarda 32 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Geri qayıt