Qelebə.az / “Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

12-01-2023, 17:34

“Murov” kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti qələbəsini qazanıb.

“Report” xəbər verir ki, komanda II turda MOİK-i məğlubiyyətə uğradıb.

İlk turda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Murov” “həbrçilər”ə 3:0 (25:15, 25:11, 25:17) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun “Neftçi” - “Xarı bülbül” görüşü birincilərin oyunçularının kütləvi xəstəliyə yoluxması səbəbindən təxirə salınıb.

Geri qayıt