Qelebə.az / ABŞ millisinin futbolçusu Almaniyada klubunu dəyişib

ABŞ millisinin futbolçusu Almaniyada klubunu dəyişib

25-08-2025, 16:03

ABŞ millisinin futbolçusu Covanni Reyna Almaniyada klubunu dəyişib.

"QELEBE.AZ" xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Dortmund "Borussiya"sından Mönhenqladbaxın eyniadlı komandasına keçib.

Onun müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Covanni Reyna ötən mövsüm Dortmund komandasında 26 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt