“Qalatasaray”ın futbolçusu Eren Elmalı klubun tarixinə adını yazdırıb.
QELEBE.AZ xəbər verir ki, o, Türkiyə Super Liqasında “Kayserispor”a qarşı keçirilən oyunda “sarı-qırmızılılar”ın ilk qolunun müəllifi olub.
25 yaşlı müdafiəçi bununla da İstanbul təmsilçisinin daxili çempionatdakı 4000-ci qolunu vurub.
Qeyd edək ki, “Qalatasaray” səfərdə “Kayserispor”u 4:0 hesabı ilə məğlub edib.