Qelebə.az / İngiltərəli vinger A Seriyası klubunda - RƏSMİ

İngiltərəli vinger A Seriyası klubunda - RƏSMİ

24-08-2025, 17:00

"Marsel"in ingiltərəli vingeri Conatan Rov karyerasını İtaliyada davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, futbolçu "Bolonya"ya transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 22 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. "Bolonya" bu keçid üçün qarşı tərəfə 17 milyon avro ödəyəcək.

Qeyd edək ki, Conatan ötən mövsüm "Marsel"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 3 qol və 4 assistlə yadda qalıb.

Geri qayıt