Qelebə.az / Millimiz Niderlanda məğlub olub

Millimiz Niderlanda məğlub olub

22-08-2025, 23:54

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamızın rəqibi Niderland seçməsi olub.

Görüş komandamızın 49:81 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə İsveçə (57:84) uduzan millimiz qrupda sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan yığmasının növbəti rəqibi sabah Slovakiya olacaq.

Geri qayıt