Qelebə.az / "Neftçi" FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq

"Neftçi" FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq

22-08-2025, 12:05

"Neftçi" basketbol klubu FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq.

"QELEBE.AZ"un əldə etdiyi məlumata görə, "ağ-qaralar" bu məqsədlə sentyabrın 4-də adıçəkilən ölkəyə yollanacaq.

Paytaxt təmsilçisi 2 həftəlik hazırlıq müddətində 6 yoxlama oyunu keçirməyi planlaşdırıb. Ardınca Bakıya qayıdacaq "flaqman" Azərbaycan çempionatının oyunlarına hazırlaşacaq.

Qeyd edək ki, “Neftçi” Avropa Kubokunun I qrupunda “Kalev/Kramo” (Estoniya), “Bursaspor” (Türkiyə) və “Trefl” (Polşa) klubları ilə mübarizə aparacaq.

Geri qayıt