Qelebə.az / "Barselona" Jül Kunde ilə müqavilə müddətini uzadıb

"Barselona" Jül Kunde ilə müqavilə müddətini uzadıb

21-08-2025, 18:05

İspaniya təmsilçisi "Barselona" futbolçusu Jül Kunde ilə müqavilə müddətini uzadıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı müdafiəçi yeni sözləşməyə əsasən 2030-cu ilə qədər kataloniyalıların formasını geyinəcək.

Qeyd edək ki, J.Kundenin əvvəlki müqaviləsinin müddəti 2027-ci ildə başa çatırdı.

Geri qayıt