Qelebə.az / Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

11-01-2023, 22:57

Rusiyanın "Arsenal" (Tula) komandasının baş məşqçisi Oleq Kononov istefaya göndərilib.

"QELEBE.AZ"un klubun rəsmi saytına istinadən məlumatına görə, belaruslu mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Kononov 2022-ci ilin iyunundan Tula təmsilçisinə başçılıq edirdi.

Hazırda komanda 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Geri qayıt