Qelebə.az / Serbiyalı mütəxəssis “Sabah” basketbol klubunun məşqçilər korpusunda yer alacaq

Serbiyalı mütəxəssis “Sabah” basketbol klubunun məşqçilər korpusunda yer alacaq

20-08-2025, 22:39

Tanınmış serbiyalı mütəxəssis Aleksandar Trifunoviç “Sabah” basketbol klubunun məşqçilər korpusunda yer alacaq.

Paytaxt təmsilçisindən "QELEBE.AZ"a verilən məlumata görə, “Srvena Zvezda” (Serbiya), “Jalqiris”, “Ritas” (Litva) kimi klublarda işləyən, 2022-ci ildə Azərbaycan millisinə də rəhbərlik edən çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.

Bundan əlavə, litvalı köməkçi məşqçi Mindauqas Janiska ilə də 1 illik sözləşmə bağlanıb.

Geri qayıt