Qelebə.az / Avropa çempionatı: Azərbaycanın basketbol millisi ilk oyunda məğlub olub

Avropa çempionatı: Azərbaycanın basketbol millisi ilk oyunda məğlub olub

20-08-2025, 15:58

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, yığma İsveç seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 87:54.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq ilə qarşılaşacaq.

Geri qayıt