"Napoli" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub Miqel Qutyerresi rənglərinə bağlayıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
"Jirona"nın oyunçusu ilə müqavilə imzalanıb. Sözləşmə 5 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Qutyerres 2022-ci ildən "Jirona"da çıxış edirdi.