Qelebə.az / Azərbaycanın U-17 millisi Monteneqroya qalib gəlib

Azərbaycanın U-17 millisi Monteneqroya qalib gəlib

20-08-2025, 00:29

Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

"Report" xəbər verir ki, meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesabı ilə qalib gəlib.

Qələbə qolunu 65-ci dəqiqədə Onur Əliyev vurub.

Geri qayıt