Qelebə.az / "Fənərbağça" yeni transferini açıqlayıb

"Fənərbağça" yeni transferini açıqlayıb

19-08-2025, 22:20

Türkiyə təmsilçisi "Fənərbağça" Avstriyanın “Zaltsburq” klubundan Nene Dorqelesi transfer edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə İstanbul kollektivinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı vingerlə 5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, N.Dorqeles 2022-ci ildən Mali yığmasına cəlb olunur və 24 oyuna 7 qol vurub.

Geri qayıt