Qelebə.az / Ukrayna çempionatında futbolçu rus dilində danışdığı üçün sarı vərəqə alıb

Ukrayna çempionatında futbolçu rus dilində danışdığı üçün sarı vərəqə alıb

19-08-2025, 17:10

Ukraynanın qadınlardan ibarət "Sisters" komandasının futbolçusu İrina Mayborodina oyun vaxtı rus dilindən istifadə etdiyi üçün sarı vərəqə alıb.

"Report" yerli "Tribuna" nəşrinə istinadən xəbər verir ki, hadisə "Kolos"la matçın 42-ci dəqiqəsində baş verib.

Baş hakim Anastasiya Romanyuk idmançıya bu hərəkətinə görə xəbərdarlıq edib.

"Biz burada rus dilində danışmırıq. Bu, Ukrayna çempionatıdır", - deyə referi bildirib.

Qeyd edək ki, görüş "Sisters"in qələbəsi ilə yekunlaşıb - 2:1.

Geri qayıt