Qelebə.az / "Bavariya"nın futbolçusu Niderland klubuna keçə bilər

"Bavariya"nın futbolçusu Niderland klubuna keçə bilər

19-08-2025, 13:29

Almaniyanın "Bavariya" klubunun futbolçusu Pol Uanner karyerasını Niderlandda davam etdirə bilər.

"Report" "Kicker"ə istinadən xəbər verir ki, PSV 19 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Oyunçu 2024/2025 mövsümündə icarə əsasında "Haydenhaym"da çıxış edib. O, 41 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Pol Uannerin Münhen təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.

Geri qayıt