Qelebə.az / İki güləşçimiz dünya üçüncüsü olub

İki güləşçimiz dünya üçüncüsü olub

18-08-2025, 22:20

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

QELEBE.AZ xəbər verir ki, ikinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb.

Nurlan Ağazadə (70 kq) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0.

Yusif Dursunov (125 kq) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbəylə dünya üçüncüsü olub.

Geri qayıt