Qelebə.az / Əliyar Ağayev "Fiorentina"nın matçında

Əliyar Ağayev "Fiorentina"nın matçında

18-08-2025, 13:38

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Apasport.az xəbər verir ki, Ağayev Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin “Polessye” və “Fiorentina” klubları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq. 

Ona laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli, həmçinin dördüncü hakim Kamal Umudlu köməklik edəcək. 

Görüş avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Geri qayıt