"Milan"ın sabiq kapitanı David Kalabriyanın yeni klubu bəlli olub.
QELEBE.AZ xəbər verir ki, 28 yaşlı müdafiəçi "Panatinaikos"a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Kalabriya "Milan"ın yetirməsidir.