Qelebə.az / "Atletiko" 16 ildən sonra La Liqanın açılış matçında məğlub olub

"Atletiko" 16 ildən sonra La Liqanın açılış matçında məğlub olub

18-08-2025, 09:05

İspaniyanın "Atletiko" komandası 16 ildən sonra La Liqanın açılış matçında məğlub olub.

"QELEBE.AZ"un məlumatına görə, paytaxt təmsilçisinin uğurlu seriyasına ötən gün "Espanyol"la matçda son qoyulub.

Madrid klubu son olaraq 2009-cu ildə, çempionatın I turunda "Malaqa"ya uduzub - 0:3.

Qeyd edək ki, "Atletiko" səfərdə gerçəkləşən oyunda "Espanyol"a 1:2 hesabı ilə uduzub.

Geri qayıt