Qelebə.az / Lionel Messi zədəsini sağaldıb

Lionel Messi zədəsini sağaldıb

16-08-2025, 09:49

ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi zədəsini sağaldıb.

"QELEBE.AZ" ESPN-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano açıqlama verib.

Mütəxəssis təcrübəli oyunçunun durumunun yaxşı olduğunu bildirib:

"O, artıq komanda ilə məşq edir. Gözlənilməz heç nə baş verməsə, növbəti matçda heyətdə olacaq".

Qeyd edək ki, "İnter Mayami" MLS-nin növbəti turunda "Los-Anceles Qelaksi" ilə üz-üzə gələcək. Avqustun 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 03:30-da start götürəcək.

Geri qayıt