"Eyüpspor"un qolkiperi Berke Özer karyerasını Fransada davam etdirəcək.
QELEBE.AZ xəbər verir ki, 25 yaşlı qapıçı "Lill"ə transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Liqa 1 təmsilçisi bu keçid üçün 4,5 milyon + 500 min avro ödəniş edəcək.
Türkiyəli futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Berke 2023-cü ildən "Eyüpspor"un şərəfini qoruyurdu.