Qelebə.az / Rusiyalı ağırlıqqaldıran diskvalifikasiya edilib

Rusiyalı ağırlıqqaldıran diskvalifikasiya edilib

13-08-2025, 11:53

Rusiyalı ağırlıqqaldıran Mixail Kim kannabinoidlərdən istifadə etdiyinə görə diskvalifikasiya olunub.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mənbənin sözlərinə görə, onun dopinq nümunəsində qadağan olunmuş karboksi-tetrahidrokannabinol maddəsi aşkar edilib.

Qadağa müddəti 2 il olacaq. Kim 2027-ci il martın 27-dən gec olmayaraq idmana qayıda biləcək.

Ağırlıqqaldıran kannabinoidlərdən istifadə etdiyi üçün aktiv diskvalifikasiyaya məruz qalan ikinci Rusiya idmançısıdır. Bundan əvvəl paralimpiyaçı Vitali Loqin eyni səbəbdən cəzalandırılıb.

Geri qayıt