Qelebə.az / “Qarabağ”ın pley-off oyunlarının vaxtı bəlli olub

“Qarabağ”ın pley-off oyunlarının vaxtı bəlli olub

13-08-2025, 09:38

"Qarabağ"ın UEFA Çempionlar Liqasında Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi pley-off oyunlarının başlama saatları açıqlanıb.

Apasport.az xəbər verir ki, avqustun 19-da "Groupama Arena"da baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Oyun saat 20:45-də başlayacaq.

Geri qayıt