Qelebə.az / "Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

7-09-2022, 17:30

Türkiyənin "Qalatasaray" komandası Danimarkanın "Olborq" komandasının futbolçusu Matias Rossu transfer edib.

"Report" Skandinaviya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı mərkəz müdafiəçisinin axşam saatlarında İstanbulda olması gözlənilir.

"Sarı-qırmızılar"ın qarşı tərəfə təxminən 1,5 milyon avro pul ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Matias Rossun "Olborq"la 2025-ci ilədək qüvvədə olan müqaviləsi var idi.

Geri qayıt