Qelebə.az / "Qalatasaray"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina edib, Braziliyaya yollanır

"Qalatasaray"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina edib, Braziliyaya yollanır

12-08-2025, 09:27

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Karlos Kuesta Rusiya təmsilçisi "Spartak"a keçməkdən imtina edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Braziliyanın "Vasko da Qama" komandasına keçməyə çox yaxındır.

A Seriyası təmsilçisi oyunçu ilə anlaşıb. Klub transferi başa çatdırmaq üçün "sarı-qırmızılar"la danışıqlar aparır.

Qeyd edək ki, Karlos Kuesta cari ilin fevralında "Qalatasaray"a keçib. O, bu müddətdə bütün turnirlərdə cəmi 9 qarşılaşmaya çıxıb.

Geri qayıt