Qelebə.az / İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

10-01-2023, 11:21

İtaliya futbolunda qeyri-adi hadisə baş verib.

“QELEBE.AZ” xəbər verir ki, aşağı liqa təmsilçiləri “Noikattaro” ilə “Kastelyana” arasında keçirilən oyunda hakim kənara vurulan topu qol kimi hesaba alıb.

Qarşılaşmanın 18-ci dəqiqəsində ikincilərin hücumu zamanı futbolçunun qapıçı ilə təkbətək epizodda zərbəsi çərçivədən yan keçib. Oyunçunun başını tutduğu bir vaxtda baş hakimin meydanın mərkəzini göstərməsi ilə “Kastelyana”nın üzvləri bunun sevincini yaşayıblar.

Qərardan şoka düşən “Noikattaro” futbolçuları isə referini mühasirəyə alaraq, uzun müddət etirazlarını bildiriblər.

Görüntülerden İtalya'dan. Şut, auta gitti. Hakemin kararı gol.

pic.twitter.com/i63ejYZJa1— FutbolArena (@futbolarena) January 9, 2023
Geri qayıt