Qelebə.az / İngiltərə klubu kapitanını sata bilər

İngiltərə klubu kapitanını sata bilər

11-08-2025, 13:49

İngiltərənin "Kristal Pelas" klubu kapitanı Mark Qehini bu yay sata bilər.

"QELEBE.AZ" ESPN-ə istinadən xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin sədri Stiv Periş bildirib.

İngiltərə millisinin 25 yaşlı üzvünün Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, 2021-ci ilin yayından "Kristal Pelas"da çıxış edən müdafiəçi 2024/2025 mövsümündə meydana çıxdığı 44 matçda 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" M.Qehinin dəyərini 45 milyon avro qiymətləndirir.

Geri qayıt