Qelebə.az / Ukraynalı baş məşqçi Azərbaycan millisi ilə oyunlara U-21 yığmasından futbolçular cəlb edəcək

Ukraynalı baş məşqçi Azərbaycan millisi ilə oyunlara U-21 yığmasından futbolçular cəlb edəcək

10-08-2025, 11:02

Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov dünya çempionatının seçmə oyunları üçün komandaya U-21 millisindən futbolçular cəlb edəcək.

“QELEBE.AZ” xəbər verir ki, mütəxəssis bu barədə yerli mətbuata açıqlama verib.

O, gənclərin əsas heyətdə özlərini sübut etməli olduğunu söyləyib:

“Sizi əmin edirəm ki, əsas millidə U-21-dən oyunçular olacaq. İnanıram ki, onlar komandada debüt etməyə hazırdılar“.

Qeyd edək ki, Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan, Fransa və İslandiya ilə üz-üzə gələcək.

Geri qayıt