Qelebə.az / “Ayaks”dan yeni transfer - RƏSMİ

“Ayaks”dan yeni transfer - RƏSMİ

8-08-2025, 23:44

"Ayaks" heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, klub Münhenqladbax "Borussiya"sının müdafiəçisi Ko İtakuranı rənglərinə bağlayıb.

Bunu Niderland təmsilçisinin mətbuat xidməti açıqlayıb.

28 yaşlı yapon futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Keçid 10,5 milyon avroya baş tutub.

Qeyd edək ki, İtakura 2024/25 mövsümündə "Borussiya"nın heyətində 33 oyun keçirib və 4 qol vurub.

Geri qayıt