Qelebə.az / “Turan Tovuz” ilk yoxlama görüşündə Rumıniya klubuna uduzub

“Turan Tovuz” ilk yoxlama görüşündə Rumıniya klubuna uduzub

9-01-2023, 17:55

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” ilk yoxlama görüşündə məğlub olub.

“Report” xəbər verir ki, Premyer Liqa təmsilçisi Rumıniya klubu “Petrolul”la qarşılaşıb.

Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Tovuzluların heyətində qollara 5-ci dəqiqədə Nazim Həsənzadə, 66-cı dəqiqədə isə penaltidən Ayxan Hüseynov imza atıblar.

Qeyd edək ki, yanvarın 18-dək Antalyada hazırlıq keçəcək “Turan Tovuz” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Ayxan Abbasovun kollektivi ayın 13-də “Aarau” (İsveçrə), 17-də isə “Qurnik”lə (Polşa) qarşılaşacaq.

Geri qayıt