"Sumqayıt" bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, komanda "Qəbələ" ilə üz-üzə gəlib.
Qarşılaşma Qəbələ şəhər stadionunda keçirilib.
Oyuna saat 18:30-da start verilib.
4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.