Qelebə.az / Bokçularımız Şamaxıda təlim-məşq toplanışına başlayıb

Bokçularımız Şamaxıda təlim-məşq toplanışına başlayıb

7-08-2025, 11:46

Kişi və qadın boksçulardan ibarət Azərbaycan milliləri hazırlığın növbəti mərhələsinə start verib.

QELEBE.AZ xəbər verir ki, hər iki komandamız Şamaxıda təlim-məşq toplanışına başlayıb.

Hazırlıqda 20-dək boksçu iştirak edir. Onlar arasında gənclərdən ibarət yığmadan da dəvət olunanlar var.

Toplanış 10 gün davam edəcək.

Qeyd edək ki, məşqlər dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Geri qayıt