Qelebə.az / Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

9-01-2023, 14:20

Azərbaycan millisinin futbolçusu Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib.

“Report” xəbər verir ki, Bakı klubu televiziya kanalı vasitəsilə bu transferi bəyan edib.

İranın “Traktor” klubundan alınan 30 yaşlı müdafiəçi “ağ-qaralar”la 1,5 illik müqaviləyə qol çəkib. O, “Neftçi”nin qış fasiləsində ilk transferi olub.

Qeyd edək ki, Höccət Haqverdi 2021-ci ilin yanvarından 2022-ci ilin yayına qədər “Sumqayıt”ın formasını geyinib.

Geri qayıt