Qelebə.az / İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

8-01-2023, 22:35

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.

“Report”un məlumatına görö, XVIII tur çərçivəsində "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Yeni ilin ilk derbi qarşılaşmasında qonaq komanda meydan sahiblərinə 3:0 hesabı ilə qalib gəlib.

"Qalatasaray"ın heyətində Serjio Oliveira (32-ci dəqiqə), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər.

“Qalatasaray” bu qələbədən sonra 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Ondan dörd xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb.

Geri qayıt