"Karvan" müdafiəçisi Əli Abdullayevlə müqavilə müddətini uzadıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Abdullayev ötən mövsüm "Karvan"ın heyətində 25 oyun keçirib.