Qelebə.az / UEFA Konfrans Liqası: "Sabah"ın Bolqarıstana səfərinin detalları müəyyənləşib

UEFA Konfrans Liqası: "Sabah"ın Bolqarıstana səfərinin detalları müəyyənləşib

4-08-2025, 13:14

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski" ilə qarşılaşacaq "Sabah"ın Bolqarıstana səfərinin detalları müəyyənləşib.

Bu barədə "Report"a klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.

Komanda Sofiyaya avqustun 6-da, saat 10:00-da çarter reysi ilə yollanacaq. Oyunöncəsi mətbuat konfransı avqustun 6-da, yerli vaxtla saat 20:00-da, komandanın açıq məşqi isə 20:30-da baş tutacaq.

Klub rəsmisi azarkeşlərlə bağlı məsələnin qarşıdakı günlərdə dəqiqləşəcəyini bildirib.

Qeyd edək ki, "Levski" - "Sabah" matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.

Geri qayıt