Qelebə.az / Azərbaycan millisinin futbolçusunun yeni komandası bu həftə bəlli olacaq

Azərbaycan millisinin futbolçusunun yeni komandası bu həftə bəlli olacaq

4-08-2025, 12:05

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin yeni komandası bu həftə bəlli olacaq.

Bu barədə "Report"a yarımmüdafiəçinin atası Şahin Diniyev məlumat verib.

Mütəxəssis futbolçunun bir neçə klubla danışıqlar apardığını söyləyib:

"Hazırda danışıqlar davam edir. Təxminən 4-5 variant var ki, Coşqun həmin komandalardan biri ilə müqavilə bağlayacaq. Bu işlə meneceri məşğuldur. Türkiyə klubu olub-olmayacağını deyə bilmərəm".

Qeyd edək ki, C.Diniyev ötən mövsümü Türkiyə I Liqa təmsilçisi "Çorum"un heyətində keçirib və daha sonra komandadan ayrılıb.

Geri qayıt