Qelebə.az / De Yonq "Portu"da - RƏSMİ

De Yonq "Portu"da - RƏSMİ

4-08-2025, 10:06

"Portu" heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, komanda son olaraq PSV-də çıxış edən Luuk de Yonqu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 34 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Niderland millisinin üzvü olan de Yonq karyerası ərzində "Tvente", "Borussiya Mönhenqladbax", "Nyukasl Yunayted", "Sevilya" və "Barselona" kimi klubların formasını geyinib.

Geri qayıt