Qelebə.az / Millimizdən iki bürünc medal

Millimizdən iki bürünc medal

3-08-2025, 20:59

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı keçirilir.

QELEBE.AZ xəbər verir ki, bu gün mübarizə aparan sərbəst güləşçilərimizdən Həsən Həsənov (60 kq) mükafat uğrunda görüşdə kanadalı Natan Naşa 5:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Səid Paşayev (92 kq) də qazaxıstanlı Beibaris Yerqalini 5:3 hesabı ilə məğlub edərək bürüncmükafata sahib çıxıb.

Geri qayıt