Qelebə.az / "Karvan-Yevlax" yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzadıb

"Karvan-Yevlax" yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzadıb

3-08-2025, 10:52

"Karvan-Yevlax" klubu yarımmüdafiəçisi İbrahim Qədirzadə ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, İ.Qədirzadə ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt