Qelebə.az / "Barselona" yarımmüdafiəçisi ilə yollarını ayırmaq istəyir

"Barselona" yarımmüdafiəçisi ilə yollarını ayırmaq istəyir

2-08-2025, 18:39

İspaniyanın "Barselona" klubu futbolçusu Mark Kasado ilə yollarını ayıra bilər.

"QELEBE.AZ" AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçini satmağı düşünür.

Oyunçu baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil.

İngiltərənin "Çelsi" klubu futbolçu ilə maraqlanır.

Qeyd edək ki, Mark Kasado "Barselona"nın heyətində 41 oyuna 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

Geri qayıt